Toyota

2019-01-17
by Safar Hasanli

Toyota 19-cu əsrin sonlarında tekstil toxuma fəaliyyəti ilə məşğul olmuşdur. Daha sonralar isə avtomobil sənayesinə keçid almışdır. Şirkətin qurulma tarixi 1937-ci ildən başlayır. Bu tarixdə Kiichiro Toyoda tərəfindən Toyota Motor Co. Ltd. quruldu. Toyota şirkəti qurulduqda loqo dizaynı üçün yarışma elan etdi. Bu yarışmaya 27000 fərqli dizaynda loqo müraciətləri qeydə alındı. Bunların arasından yalnız bir loqo seçildi. Həmçinin Toyoda adı dəyişdirilərək Toyota edildi. Adın dəyişdirilmə səbəbi Toyota sözünün daha yaxşı səslənməsinə inanıldığı idi.

Bu gün Toyota dünyanın ən böyük avtomobil şirkətlərindən biridir. Son zamanlarda Toyota Ford-u keçərək dünyanın ən böyük ikinci avtomobil istehsalçısı oldu.

Hamının bildiyi kimi istənilən bir avtomobil müxtəlif hissələrin bir araya gətirilməsi nəticəsində istehsal edilir. Məhz bu hissələrin keyfiyyət göstəriciləri və bir-biri ilə uyumlu işləməsi həmən avtomobilin nə qədər dayanıqlı və möhkəm olmasını müəyyən edir. Belə ki avtomobilin hərəkət hissələri, mühərrik quruluşu, elektronikası və digər bölmələri hər biri ayrılıqda keyfiyyət göstəricilərinin komponentləridir. Toyotanın dayanıqlı və möhkəm avtomobillərinin sirri də elə məhz Toyoto ehtiyat hisseleri üzərində cəmləşir.

Hyundai

2019-01-17
by Safar Hasanli

Hyundai 1947-ci ildə Cənubi Koreyada Chung Ju-Yung tərəfində qurulan şirkətlər qrupudur. İlk Hyundai firması tikinti şirkəti olaraq qurulmuşdur. Hyundai, aralarında tikinti materialları, avtomobil, gəmi istehsalı, sığortaçılıq, elektron və s çox sahədə fəaliyyət göstərməkdədir. Hyundai-ın dünya üzrə bilinən əsas markası avtomobil sektorundadır. Hyundai-ın keçmişi 1940-cı ildə Chung Ju Yung tərəfindən qurulan kiçik bir təmir sexindən başlamışdır.

  • 1947-də qurulan Hyundai Engineering & Construction Company (HEC) Koreyanın müharibə sonrası yenidən qurulmasında həlledici rol oynamışdır.
  • 1967-ci ildə qurulan Hyundai Motor Company bu gün Koreyada lider və dünyada öndə gedən avtomobil istehsalçısıdır.

Sonralar Chung Ju Yung bu sahədə inkişafın sektora fərqli gözlə baxan əcnəbi vətəndaş tərəfindən mümkün olacağına inanırdı. Bu insan İngiltərədən olan George Turnbull adlı şəxs oldu. Turnbull Koreyaya 1974-cü ildə gəldi. Ona istehsalının çox aşağı səviyyədə olduğu bir ölkədə iki il içərisində zavod quraraq ilk avtomobili istehsal etmək öhdəliyi verildi. Çətin şərtlər altında iki il sonra Cənubi Koreyanın ilk avtomobili Hyundai Pony istehsal edildi. Bir ingilis və bir koreyalı əl-ələ verərək avtomobil istehsalına başladılar.

Şirkət 52000-dən çox personalı ilə Hyundai qrupunun əsas hissəsini təşkil edir. Hyundai Motor Company-nin Cənubi Koreyadakı zavodlarından başqa Amerika Birləşmiş Ştatları, Türkiyə, Çin və Hindistanda da qlobal istehsal mərkəzləri var. Qlobal satışlarına görə Hyundai 2006-cı ildə dünyada 6-cı yeri tutmuşdur. Hyundai Motor Company-nin Ulsan zavodu ildə 1.5 milyon ədəd istehsal gücünə görə dünyanın kompleks olaraq ən böyük avtomobil istehsalı təsisatıdır.

BMW

2019-01-17
by Safar Hasanli

BMW AG (Bayerische Motoren Werke AG)

BMW Haqqinda

BMW – Avtomobil və motosiklet istehsalçısıdır. BMW şirkəti Münhendə təyyarə mühərriklər zavodu kimi Karl Fridrix Rapp, Kamillo Kastilyon, Maks Frits tərəfindən 1916-cı ildə təsis edilib. İlkin dövrdə qəbul olunmuş və hal-hazırdada istifadə olunan ağ-mavi rəngli emblem Bavariya şəhərinin bayrağından götürülmüşdür. Öncə şirkət Avstriya-Macarıstan üçün V12 tipli mühərriklər istehsal etməyə başlayır. Tezliklə Rapp əlavə pula ehtiyac duyur və kompaniyanı tərk edir. Onun yerinə avstriyalı sərmayəçi Frans Cozef Popp firmaya rəhbərlik etməyə başlayır.

Birinci dünya müharibəsindən məğlub çıxmış Almaniyada hərbi qüvvələrə məhdudiyyət qoyulur. Bundan sonra Almaniyada təyyarə istehsal edilə bilməzdi – beləliklə BMW-nin mühərrik istehsalı Almaniya üçün yararsız oldu. 1922-ci ildə BMW Münhendə özünün bu günkü əsas binasını tikir (Hal-hazırda həmin bina şəhər Olimpiya Mərkəzi kimi də fəaliyyət göstərir). 1923-cü ildə Münhendə ilk BMW motosikletləri istehsal olunmağa başlayır. 1928-ci ildə BMW Türingiyada avtomobil zavodu alır və öz ilk maşınını -Dixi ni istehsal etməyə başlayır. İkinci dünya müharibəsi dövründə BMW əsasən Almaniya ordusu üçün reaktiv motorlar istehsal edirdi. 1945-ci ildə müharibədən sonra onun bu fəaliyyəti qalib tərəfin gözündən yayınmadı, BMW-yə 3 illik istehsal moratorisi tədbiq edildi. Bundan əlavə müharibədən sonra BMW-nin demək olar ki, bütün zavodları bombardmanlar nəticəsində məhv olmuşdu. Hər şeyi yenidən başlamaq lazım idi...

  • 1948-ci ildən başlayaraq BMW R24, təksilindirli motosiklet və 1951-ci ildə isə BMW müharibədən sonra öz ilk avtomobilini istehsal edir.
  • 1956- İdman avtomobilləri olan 503 və 507-ci modellər istehsala buraxılır.
  • 1974 – BMW ilk dəfə ABS sistemli 3.0 CSL avtomobillərini yarışlara çıxardır.
  • 1980 – ABS sisteminin sənaye istehsalatı və Formula 1 yarışları üçün mühərrikin istehsalatı başlanır. BMW-nin motosiklləri Paris-Dakar rallisini udur. Daha sonra həmin yarışda yenidən üç dəfə qalib gəlir.

Mercedes Benz

2019-01-17
by Safar Hasanli

Mercedes Benz

Mercedes-Benz Almaniyanın Daimler AG şirkətinin tərkibindədir. Marka lüks nəqliyyat vasitələri, yük maşınları, böyük və orta həcmli avtobuslar ilə tanınır. Baş qərargahı Stuttgart vilayətində yerləşən Baden-Württemberg şəhərindədir. Mercedes-Benz şirkəti 1926-cı ildə Almaniyada yaradılmışdır. Mercedes 3 dəfə dünyanın ən yaxşı avtomobili mükafatına layiq görülüb.

Mercedes Benz sadəcə Almaniya üçün yox bütün dünya üçün böyük bir önəmə sahib avtomobil markasıdır. Bu gün Mercedes dünyada hər kəs üçün lüks avtomobili ifadə edir. Ətrafı halqa ilə əhatəli üç guşəli ulduz formalı emblemi havada quruda və suda mənaları ilə qloballığı ifadə edir. Mercedes adının hardan gəldiyi haqqında yəqin ki, əksər insanların az da olsa məlumatı var. Amma yenə də daha ətraflı yazmaq istərdik.

Avstrya əsilli bir tacir Emil Jellinek, o zaman Daimler adlandırılan avtomobil zavodunu ziyarət edir və bir avtomobil satın alır. Fransada yaşayan bu tacir avtomobilə böyük marağın olduğunu görür və bu avtomobilə qızının adını verir. Daha sonra isə Jellinek adlı tacir Daimler-dən 40-a yaxın avtomobil sifariş edir və bir şərt kəsir. Şərti isə çox sadədir. Bütün avtomobillərə Mercedes adı veriləcək. Tacirin satış uğuru Daimlərə də təsir edir. Beləliklə o tarixdən etibarən firma avtomobillərini Mercedes adı ilə bazara çıxarır.


Mercedes Benz Azərbaycanda

Mercedes Benz Azərbaycanda da ən çox sevilən avtomobillərdəndir. Hamının yaxşı bildiyi kimi Mercedes avtomobilləri necə keyfiyyətlidirsə mercedes ehtiyat hisseleri də o dərəcə keyfiyyətə malikdir. Mercedes ehtiyat hisselri istehsal prosesində bir çox testlərdən keçdiyi üçün alıcıların məmnuniyyəti qazanır. Avtomobilləri 10000-dən çox mercedes ehtiyat hissələri birləşdirilərək hazırlanər. Ona görə də bu avtomobillər sürücülər üçün maksimum konfort hissi yaşadır.

Volkswagen

2019-01-17
by Safar Hasanli

Volkswagen ehtiyat hisseleri

Bütün dünyada olduğu kimi Volkswagen Azәrbaycanda da diqqәt mәrkәzindә olan avtomobil markalarından biridir. Alman mənşəli avtomobil markası Volkswagen bir çox sahәlәrdә yeniliklәr etmişdir. Şirkət 1937-ci ildə Sosialist Alman İşçi Partiyası tərəfindən yalnızca bir avtomobil modeli istehsal etmək üçün qurulmuşdur. Almanca xalqın avtomobili mənasını verən Volkswagen şirkətlər qrupu Audi, Porsche, Bentley, Bugatti, Lamborghini, Seat, Škoda markalarına sahibdir. Bundan başqa motosikl markası Ducati vә kommersial avtomobill markaları MAN vә Scania-ya da sahiblik edir.

İkinci dünya müharibəsi illərində hərbi sənaye məqsəd üzrә istehsala keçən Volksgen 1948-ci ildə Heinz Nordhoff-un başçılığı altında yenidən təşkilatlandı. 1950-ci ildən sonra isə şirkət yenidən avtomobil istehsalını üst səviyyəyә çatdırdı. 1953-cü ildə Almaniyanın ən çox avtomobil istehsal edən şirkəti oldu.

1980-ci illərdə Volkswagen dünya miqyasında genişlənmək üçün işlərini sürətləndirdi. 2016-cı ildә Toyotanı keçәrәk dünyanın әn çox avtomobil istehsal edәn şirkәti oldu. Son iki onlilliklәrdә Volkswagen avropanın әn böyük avtomobil istehsalçısı olaraq qalmaqdadır.