Bizim komanda

Şirkətdə satış təmsilçiləri, icraçı direktor, idarə heyyəti, proqramçılar, alış-satış və maliyyə şöbəsi heyəti, sürücülər və digər əməkdaşlar da daxil olmaqla 30-dan çox personal fəaliyyət göstərir. Burada çalışan hər bir kəs öz məsuliyyətli işinin öhdəsindən layiqincə gəlir. Biz daim biliklərimizi inkişaf etdirib onları bilavasitə gündəlik işdə istifadə etməyə çalışırıq. Bizim ümumi uğurumuz komanda şəklində işləmə bacarığımızdan irəli gəlir. Satış təmsilçilərimiz səmimiliyi, ürəyiaçıqlığı və satış üzrə zəngin təcrübələri sayəsində müştərilərin böyük hörmət və rəğbətini qazanmışdır.

Bizi birləşdirən işdən kənar digər ortaq dəyərlər də mövcuddur. Ailəvi dostluqlar, birgə şam yeməkləri, müxtəlif idman oyunları qarşılıqlı münasibətlərimizi möhkəmləndirməklə yanaşı komanda ruhunu da gücləndirir.

Biz şirkəti yalançılardan, siyasətçilərdən, özündən razılardan, paxıllardan, yaltaqlardan, ətrafa neqativ enerji ötürənlərdən və insaf baxımından kasad şəxslərdən uzaq tuturuq. Heç bir sahədə (din, irq, cins) heç kimi mühakimə etmirik. Yüksək səviyyəyə gətirəcəyimiz insanların digər xüsusiyyətləri qədər şəxsiyyəti də bizim üçün vacibdir. Çox işləyən və bacarıqları mükəmməl səviyyədə olan insanlara pərəstiş edirik.