Toyota

2019-01-17
by Safar Hasanli

Toyota 19-cu əsrin sonlarında tekstil toxuma fəaliyyəti ilə məşğul olmuşdur. Daha sonralar isə avtomobil sənayesinə keçid almışdır. Şirkətin qurulma tarixi 1937-ci ildən başlayır. Bu tarixdə Kiichiro Toyoda tərəfindən Toyota Motor Co. Ltd. quruldu. Toyota şirkəti qurulduqda loqo dizaynı üçün yarışma elan etdi. Bu yarışmaya 27000 fərqli dizaynda loqo müraciətləri qeydə alındı. Bunların arasından yalnız bir loqo seçildi. Həmçinin Toyoda adı dəyişdirilərək Toyota edildi. Adın dəyişdirilmə səbəbi Toyota sözünün daha yaxşı səslənməsinə inanıldığı idi.

Bu gün Toyota dünyanın ən böyük avtomobil şirkətlərindən biridir. Son zamanlarda Toyota Ford-u keçərək dünyanın ən böyük ikinci avtomobil istehsalçısı oldu.

Hamının bildiyi kimi istənilən bir avtomobil müxtəlif hissələrin bir araya gətirilməsi nəticəsində istehsal edilir. Məhz bu hissələrin keyfiyyət göstəriciləri və bir-biri ilə uyumlu işləməsi həmən avtomobilin nə qədər dayanıqlı və möhkəm olmasını müəyyən edir. Belə ki avtomobilin hərəkət hissələri, mühərrik quruluşu, elektronikası və digər bölmələri hər biri ayrılıqda keyfiyyət göstəricilərinin komponentləridir. Toyotanın dayanıqlı və möhkəm avtomobillərinin sirri də elə məhz Toyoto ehtiyat hisseleri üzərində cəmləşir.

Son məqalələr