Volkswagen

2019-01-17
by Safar Hasanli

Volkswagen ehtiyat hisseleri

Bütün dünyada olduğu kimi Volkswagen Azәrbaycanda da diqqәt mәrkәzindә olan avtomobil markalarından biridir. Alman mənşəli avtomobil markası Volkswagen bir çox sahәlәrdә yeniliklәr etmişdir. Şirkət 1937-ci ildə Sosialist Alman İşçi Partiyası tərəfindən yalnızca bir avtomobil modeli istehsal etmək üçün qurulmuşdur. Almanca xalqın avtomobili mənasını verən Volkswagen şirkətlər qrupu Audi, Porsche, Bentley, Bugatti, Lamborghini, Seat, Škoda markalarına sahibdir. Bundan başqa motosikl markası Ducati vә kommersial avtomobill markaları MAN vә Scania-ya da sahiblik edir.

İkinci dünya müharibəsi illərində hərbi sənaye məqsəd üzrә istehsala keçən Volksgen 1948-ci ildə Heinz Nordhoff-un başçılığı altında yenidən təşkilatlandı. 1950-ci ildən sonra isə şirkət yenidən avtomobil istehsalını üst səviyyəyә çatdırdı. 1953-cü ildə Almaniyanın ən çox avtomobil istehsal edən şirkəti oldu.

1980-ci illərdə Volkswagen dünya miqyasında genişlənmək üçün işlərini sürətləndirdi. 2016-cı ildә Toyotanı keçәrәk dünyanın әn çox avtomobil istehsal edәn şirkәti oldu. Son iki onlilliklәrdә Volkswagen avropanın әn böyük avtomobil istehsalçısı olaraq qalmaqdadır.

Son məqalələr