Haqqında

Mobex - yüksək keyfiyyətli Avropa, Türkiyə və Çin istehsalı brendlərin topdan satışını həyata keçirir. Şirkət Avropa, Yaponiya, Amerika və Koreya istehsalı avtomobillər üçün ehtiyat hissələrini özündə cəmləşdirir. Məhsullarımız hər zaman bazarda ön sıralarda yer alır və yüksək satış potensialına sahibdir. Müxtəlif ölkələrdə ehtiyat hissələri istehsal edən zavod və fabriklərlə birbaşa əməkdaşlıq edərək biz, mağazalara minimal qiymətlər qarşılığında yüksək keyfiyyətli məhsullar təklif edirik.

Missiyamız sizin mağazanı rəqiblərinizdən fərqləndirəcək və biznesinizə real iqtisadi dəyər qatacaq nəticələr əldə etməkdir. Biz öz mənfəətimizdən əvvəl, “O mağazanın sahibi biz olsaydıq, nə edərdik?” sualı haqqında düşünürük.

Əməkdaşlığımız uğur, dostluğumuz davamlı proqressdir.