Bizim komanda

Şirkətdə satış təmsilçiləri, direktor, idarə heyyəti, təsisçilər, proqramçılar və sürücülər daxil olmaqla 10-dan çox şəxs fəaliyyət göstərir. Burada çalışan hər bir kəs öz məsuliyyətli işinin öhdəsindən layiqincə gəlir. Biz daim biliklərimizi inkişaf etdirib onları bilavasitə gündəlik işdə istifadə etməyə çalışırıq. Bizim ümumi uğurumuz komanda şəklində işləmə bacarığımızdan irəli gəlir. Satış təmsilçilərimiz səmimiliyi, ürəyiaçıqlığı və satış üzrə zəngin təcrübələri sayəsində müştərilərin böyük hörmət və rəğbətini qazanmışdır.

Bizi birləşdirən işdən kənar digər ortaq dəyərlər də mövcuddur. Ailəvi dostluqlar, birgə şam yeməkləri, müxtəlif idman oyunları qarşılıqlı münasibətlərimizi möhkəmləndirməklə yanaşı komanda ruhunu da gücləndirir.

Biz şirkəti yaltaqlardan, siyasətçilərdən, özündən razılardan, insaf baxımından kasad şəxslərdən uzaq tuturuq. Heç bir sahədə (din, irq, cins) heç kimi mühakimə etmirik. Yüksək səviyyəyə gətirəcəyimiz insanların digər xüsusiyyətləri qədər şəxsiyyəti də bizim üçün vacibdir. Çox işləyən və bacarıqları mükəmməl səviyyədə olan insanlara pərəstiş edirik.